Nə qədər ki musiqi var...
Ümummilli lider Heydər
Əliyevin Azərbaycan
mədəniyyətinin, musiqi
sənətinin inkişafına,
gənc musiqiçilər
nəslinin yetişdirilməsinə
töhfələri misilsizdir.
Bu günlərdə Təhsil
Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
birgə təşkilatçılığı
ilə keçirilən
ali təhsil
müəssisələri tələbələrinin
musiqi ifaçılığı
müsabiqəsi də
ulu öndərin əziz xatirəsinə ehtiramın nümunəsi
idi.
Mədəniyyət
və İncəsənət
Universitetinin 90 illiyi ərəfəsində gerçəkləşən
sənət yarışması
təhsil ocağında
musiqi təhsilinin əsasını təşkil
edən 6 ixtisası əhatə edirdi: aşıq sənəti, xalq çalğı alətləri, xanəndəlik
sənəti, fortepiano ixtisası,
vokal ifaçılığı,
estrada və
populyar musiqi.
Universitetimiz beynəlxalq universitetlərarası
əlaqələrin inkişafına
çox böyük önəm verir. Müsabiqəyə respublikamızın
müxtəlif ali məktəbləri
ilə yanaşı, xarici ölkələrin musiqi ifaçılarının
- Türkiyə, İran,
Nigeriya, Cənubi Koreya, Ukrayna təmsilçilərinin də
qatılması bunu bir daha sübuta
yetirdi.
Aprelin 29-dan mayın 3-dək
gerçəkləşən, iki turdan ibarət
olan müsabiqə
fortepiano pasajlarının parlaqlığı,
instrumental səslənmənin virtuozluğu, xanəndələrin
zənguləsi, vokalçıların
müxtəlif tembrli səsləri, estrada
improvizələri, saz-söz
deyişmələri ilə
yadda qaldı. Müsabiqənin təntənəli açılış mərasimi
və yekunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
keçirildi. Görkəmli sənət xadimlərinə,
möhtəşəm tamaşalara
şahidlik etmiş bu səhnədə çıxış etmək,
incəsənət aləminə
yenicə qədəm
qoyan gənclər üçün böyük
şərəf idi.
Müsabiqənin təşkilat komitəsinə
Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin məsul işçiləri, münsiflər
heyətinə respublikanın
görkəmli incəsənət
xadimləri daxil idi. Mərasimi Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə açaraq gənc ifaçılar arasında
belə sənət yarışmalarının keçirilməsinin
əhəmiyyətini vurğuladı.
Bu sənət
bayramı Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru,
professor Timuçin Əfəndiyevin
təşəbbüsü və səyi nəticəsində ərsəyə
gəlmişdi. Rektorun
müsabiqə iştirakçılarına
müraciətində deyilirdi:
“Millətin gələcəyi
onun istedadlı gəncləridir. Çalışın, yarışın, istedadınızı
nümayiş etdirin.
Çünki istedad üstəgəl
əmək və məsuliyyət - qələbəyə
aparan yeganə yol budur”. Bu tövsiyə müsabiqə
iştirakçıları üçün olduqca önəmli idi.
Müsabiqəsinin keçirilməsi gənc musiqiçilərin
ifaçılıq səviyyəsinin
və keyfiyyətinin nümunəvi nümayişi,
ən böyük təcrübə məktəbi
oldu. Gənc musiqiçilər yarış, rəqabət,
qalibiyyət sevinci yaşadılar. Onların
uğuru müəllimlərini,
təmsil etdikləri ali təhsil
ocaqlarını qürurlandırdı.
140 iştirakçıdan 42 nəfər laureat adına layiq
görüldü, 26 iştirakçı
diplomant oldu, 49 nəfər sertifikat aldı.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru,
professor Timuçin Əfəndiyevin
imzaladıqları bu sənədlər onların
yaradıcılıq tərcümeyi-halında
yeni səhifə açdı.
Ruhu olan elə bir insan tapılmaz
ki, musiqi onun qəlbini titrətməsin. Xüsusilə elə bir musiqi
ki, onu qəbul
etmək, başa düşmək, ondan yararlanmaq hər bir insana nəsib
olmur. Nə qədər ki, musiqi var, həyat
var, yüksək ruh var. Nə qədər ki, professional ifaçılıq məktəbi
var, mədəniyyət
var. Nə qədər
ki, mədəniyyət
var, millət var.
Sonaxanım İbrahimova,
Əməkdar incəsənət xadimi, Mədəniyyət və
İncəsənət Universitetinin
“İnstrumental ifaçılıq
və dirijorluq” kafedrasının müdiri,
dosent
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 12.